Yuxarı

​Azərbaycan TANAP-dakı payını satmayacaq

SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov: SOCAR-ın TANAP-da payı 51%-dən az ola bilməz

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsindəki iştirak payını satmaq niyyətində deyil.

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib: "SOCAR-ın TANAP-dakı payını satmaq fikri yoxdur. Bununla bağlı danışıqlar da aparılmır".

S.Qasımov xatırladıb ki, Dövlət Neft Şirkəti TANAP layihəsində 58% paya malikdir və müvafiq dövlətlərarası razılaşmaya əsasən, bu pay 51%-dən az ola bilməz: "Türkiyə TANAP-dakı payını satmaq istəyirsə, bu onların öz işidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi