Azərbaycan şimal marşrutu ilə neft ixracını 2 dəfə artırıb

Azərbaycan şimal marşrutu ilə neft ixracını 2 dəfə artırıb Bu ilin yanvar-sentyabr aylarında isə Novorossiysk limandan neft ixracı 44% artıq olub
Energetika
1 Oktyabr , 2015 17:21
Azərbaycan şimal marşrutu ilə neft ixracını 2 dəfə artırıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sentyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 775 ton xam neft ixrac edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin sentyabr ayından 2 dəfə artıqdır.

Yanvar-sentyabr ayları ərzində isə Novorossiysk limanından 1 100 446 ton xam neft ixarc olunub ki, bu da ötən ilin müvafiq dövründən 44% çoxdur.

Son xəbərlər

Orphus sistemi