Azərbaycanda neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətləri iştirak edə bilər

Azərbaycanda neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətləri iştirak edə bilər Bakı. 5 mart. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika
5 Mart , 2019 12:24
Azərbaycanda neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətləri iştirak edə bilər

Bakı. 5 mart. REPORT.AZ/ Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə tarixi köklərə malik, dostluğa əsaslanan ikitərəfli münasibətlərin iqtisadi, o cümlədən enerji sahəsində inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və investisiyaların cəlbi ilə bağlı məsələlər müzakirə edilib.

P.Şahbazov Səudiyyə Ərəbistanı ilə OPEC+ çərçivəsində, eləcə də ikitərəfli formatda əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi, ölkənin neft-qaz, bərpa olunan enerji sahələrində mövcud vəziyyət, planlaşdırılan layihələr və yeni imkanlar barədə ətraflı məlumat verib. Nazir yeni əməkdaşlıq təkliflərinin reallaşdırılması istiqamətində mühüm addım kimi iki ölkənin müvafiq nazirlikləri arasında birgə Texniki Komissiyanın fəaliyyətini qeyd edib.

İbrahim bin Əbdülrəhman əl-Ömər isə bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla kənd təsərrüfatı, turizm, nəqliyyatla yanaşı enerji sektorunda əməkdaşlığı genişləndirməkdə və investisya qoymaqda maraqlıdır. Bunun üçün “Yol Xəritəsi” tərtib olunmalı və şirkətlərin qarşılıqlı fəaliyyəti təmin edilməlidir.

Görüşdə neft-kimya, qaz emalı sahələrində Səudiyyə Ərəbistanı şirkətlərinin iştirakı, eləcə də bərpa olunan enerji üzrə “ACWA Power” şirkəti ilə anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi