İyunun 23-də Energetika naziri
Bu barədə "Report"a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 62 üzvdən ibarət Dünya Neft Şurasının iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə nazirin çıxışı, neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədi ilə Azərbaycan xüsusi stendlə təmsil olunacaq.
İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.
İyunun 24-də isə P.Şahbazov Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində üç ildən bir keçirilən forum neft-qaz sahəsində gənc mütəxəssislər, ekspertlər və şirkətlərin təcübələrini bölüşdüyü beynəlxalq platforma hesab edilir.