Yuxarı
    Bağlamaq

    Azərbaycan "Russneft"dən neft hasilatını azaltmağı istəməyib

    Bunu Rusneftin şəriki Mixail Qutseriyev deyib

    Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan onların ərazisində "Russneft" və Qutseriyevlər ailəsinin digər neft hasil edən şirkətlərindən neft hasilatını azaltmağı istəməyib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Rusneft"in şəriki Mixail Qutseriyev deyib.

    "Xeyir, istəməyiblər. Oradakı həcmlər elə də böyük deyil. Əgər biz 700 min ton çıxarırıqsa (İl ərzində Qazaxıstanda – red.), bu, ildə 60 milyon ton hasilat olan Qazaxıstan və Azərbaycan üçün gülməlidir. Bu, bizim üçün çoxdur, lakin onların bazarı üçün heç bir rol oynamırıq", - deyə Qutseriyev bildirib.

    O xatırladıb ki, şirkət aşağırentabelli quyularda hasilatı azaldaraq onu yüksəkrentabelli hasilat ilə əvəzləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi