Azərbaycan Rusiyaya 200 MVt elektrik enerjisi verib

Azərbaycan Rusiyaya 200 MVt elektrik enerjisi verib Rusiyanın enerji sistemində baş vermiş qəza zamanı Azərbaycan öz köməyini əsirgəməyib
Energetika
24 Avqust , 2016 16:32
Azərbaycan Rusiyaya 200 MVt elektrik enerjisi verib

Bakı. 24 avqust. REPORT.AZ/ Dünən Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən gücü 3 800 MVt olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sitemində güc çatışmazlığı yaranıb. Nəticədə, 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb. “Azərenerji” ASC-nin mətbuat xidmətindən “Report”a daxil olan məlumatda bildirilir ki, Rusiya enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini qonşu dövlətdən əsirgəməyib.

Belə ki, Rusiya sistem operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 MVt gücündə enerjinin ötürülməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi