Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib

Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün Rusiyanın enerji sistemində baş vermiş qəza ilə əlaqədar olaraq, Azərbaycan bu ölkəyə 160 MVt-a qədər elektrik enerjisi ötürüb.
Energetika
292
13 Dekabr , 2018 18:15
Azərbaycan Rusiyanı elektrik enerjisi ilə təmin edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün Rusiyanın enerji sistemində baş vermiş qəza ilə əlaqədar olaraq, Azərbaycan bu ölkəyə 160 MVt-a qədər elektrik enerjisi ötürüb. 

Bu barədə “Report”a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

"Dekabrın 12-də Rusiyanın enerjisisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerjisistemi Rusiya enerjisisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib", - deyə o qeyd edib. 

Y.Babanlı vurğulayıb ki, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım" müqaviləsi əsasında həyata keçirilib.

Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb. Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt/saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt/saat təşkil edib.

Son xəbərlər

Orphus sistemi