Azərbaycan Rumıniyaya “yaşıl enerji” ixracının perspektivlərini müzakirə edib

Azərbaycan Rumıniyaya “yaşıl enerji” ixracının perspektivlərini müzakirə edib Azərbaycan və Rumıniya arasında Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsi ilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb.
Energetika
5 May , 2022 17:36
Azərbaycan Rumıniyaya “yaşıl enerji” ixracının perspektivlərini müzakirə edib

Azərbaycan və Rumıniya arasında Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsi ilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində Rumıniyanın energetika naziri Virgil Daniel Popesku görüşündə bildirib.

Onun sözlərinə görə, layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi razılaşdırılıb.

Görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.

Görüş zamanı ikitərəfli enerji əməkdaşlığının inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi