Azərbaycan "Qərbi Abşeron"da yeni quyu qazmağa başlayır

Azərbaycan "Qərbi Abşeron"da yeni quyu qazmağa başlayır "SOCAR-AQŞ" şirkəti 25 saylı quyunun tikintisi işlərinə start verib
Energetika
15 Fevral , 2016 10:53
Azərbaycan Qərbi Abşeronda yeni quyu qazmağa başlayır

Bakı. 15 fevral. REPORT.AZ/ "SOCAR-AQŞ" 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 890 metr olan 25 saylı quyuda qazma işlərinə başlayır. "Report" "SOCAR-AQŞ"-yə istinadən xəbər verir ki, quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

"Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaq", - deyə məlumatda qeyd olunub.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və "Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Müəssisə eyni zamanda ‘’Bulla’’ və ‘’Günəşli 7’’ yataqlarında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi