Səfir: "Azərbaycan qazı İtaliya ərazisindən keçməklə Avropaya çatdırılacaq"

Səfir: "Azərbaycan qazı İtaliya ərazisindən keçməklə Avropaya çatdırılacaq" "TAP layihəsi vaxtında yekunlaşdırılacaq"
Energetika
6 Oktyabr , 2017 18:56
Səfir: Azərbaycan qazı İtaliya ərazisindən keçməklə Avropaya çatdırılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycan qazını İtaliyadan keçməklə Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi vaxtında yekunlaşdırılacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Onun sözlərinə görə, İtaliyada TAP-ın zeytun bağlarından keçməsi ilə bağlı müəyyən problem yaranmışdı: "Layihənin yazda həyata keçirilməsi ilə bağlı bəzi problemlərimiz var idi. Artıq, həmin problemlər həll edilib, hər şey qaydasındadır. TAP vaxtında yekunlaşdırılacaq və Azərbaycan qazı İtaliya ərazisindən keçərək Avropaya çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi