Yuxarı

Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

İki ölkə arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər ediləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Dekabrın 3-4-də Bakıda Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək. "Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın energetika naziri Vladimir Şkolnik və ekspertlərdən ibarət nümayəndə heyətinin iştirakı ilə keçiriləcək iclasda 1998-ci il oktyabrın 23-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişikliklərin edilməsinə dair Protokol imzalanacaq. 

Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 23 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri vəzifəsinə energetika naziri Natiq Əliyev təyin edilib. Qazaxıstan tərəfindən isə həmsədr bu ölkənin energetika naziri V.Şkolnikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi