Azərbaycan qaz ixracını kəskin artırıb

Azərbaycan qaz ixracını kəskin artırıb Yanvar-may ayları ərzində Azərbaycan 3,1 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib
Energetika
12 İyun , 2017 10:41
Azərbaycan qaz ixracını kəskin artırıb

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 3,098 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 515,144 mln. ABŞ dolları təşkil edib.

Bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında təbii qazın payı 11,58% təşkil edib.

Son xəbərlər

Orphus sistemi