Azərbaycan qaz ixracını bir ildə 45 % artırıb

Azərbaycan qaz ixracını bir ildə 45 % artırıb Bu ilin birinci rübündə Azərbaycan 5,128 milyard kubmetrdən artıq qaz ixrac edib
Energetika
16 Aprel , 2021 13:49
Azərbaycan qaz ixracını bir ildə 45 % artırıb

Bu ilin birinci rübündə Azərbaycan 5,128 milyard kubmetrdən artıq qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 % çoxdur.

Qaz ixracının artımı əsasən Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istismara verilməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi