Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 milyon tondan artıq xam neft ixrac edib.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, rüb ərzində şirkətin təbii qaz ixracının həcmi isə 138 milyon kubmetr təşkil edib. Ölkə üzrə qaz ixracının həcmi isə 3 milyard kubmetrə bərabər olub ki, bu da illik müqayisədə 22,5% çoxdur.
Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixrac həcmi isə 671 min ton olub.