Azərbaycan qaz ixracını 17% artırıb

Azərbaycan qaz ixracını 17% artırıb Azərbaycan qaz ixracını 17% artırı
Energetika
156
9 İyul , 2020 09:56
Azərbaycan qaz ixracını 17% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xaricə qaz satışı 6,5 mlrd kubmetr təşkil edib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% çoxdur.

Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 5,2 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.