Azərbaycan "Qaradağ" qaz anbarını gücləndirir

Azərbaycan "Qaradağ" qaz anbarını gücləndirir Qazılan quyunun layihə dərinliyi 3 100 metrdir
Energetika
19 May , 2015 17:26
Azərbaycan Qaradağ qaz anbarını gücləndirir

Bakı. 19 may. REPORT.AZ/ “Qaradağ” yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə 485 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir.

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3 100 metrdir. Qeyd olunur ki, 486 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi