​Azərbaycan prezidenti: "Neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır"

​Azərbaycan prezidenti: "Neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır" "Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı artıb"
Energetika
10 Yanvar , 2016 16:08
​Azərbaycan prezidenti: Neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır

Bakı. 10 yanvar. REPORT.AZ/ Neftin qiymətinin azalması iqtisadi yox, siyasi amillərlə bağlıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı, bunun səbəbinin kənarda yarandığını qeyd edib.

"Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Bu məni çox sevindirir, çünki bu son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir. Aparılan islahatların nəticəsidir. Və qeyri-neft sənayesinin 8,4 faiz artması hesab edirəm ki, bizim əsas göstəricimizdir", - deyə o vurğulayıb.

Prezident bildirib ki, ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə yatırılıb:

"Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. Yəni Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir. Başqa iqtisadi göstəricilər də müsbət dinamikanı göstərir. Yəni 2015-ci ildə bütün bu geo-siyasi və iqtisadi amilləri nəzərə alaraq iqtisadi inkişafa nail olmaq özlüyündə böyük nailiyyətdir".

Bütün sosial proqramların, o cümlədən sosial infrastruktur layihələrinin icra olunduğunu, yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin görüldüyünü deyən prezident İlham Əliyev, 2015-ci ildə Azərbaycan əhalisinin sayının 114 min nəfər artdığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi