Azərbaycan Prezidenti: “Avropadan tədarükün artırılması ilə bağlı bir neçə müraciət almışıq”

Azərbaycan Prezidenti: “Avropadan tədarükün artırılması ilə bağlı bir neçə müraciət almışıq” “Mövcud müqavilələr əsasında qaz layihələrimizi inkişaf etdirməyi planlaşdırırıq"
Energetika
29 Aprel , 2022 12:50
Azərbaycan Prezidenti: “Avropadan tədarükün artırılması ilə bağlı bir neçə müraciət almışıq”
İlham Əliyev

“Mövcud müqavilələr əsasında qaz layihələrimizi inkişaf etdirməyi planlaşdırırıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə Avropanın Rusiya qazından asılılığı və Azərbaycanın Rusiya qazını əvəzləyib-əvəzləməyəcəyi məsələsini şərh edərkən deyib.

“Biz bütün istehlakçılarımız qarşısında imzalanmış müqavilələr üzrə bütün öhdəliklərimizi 100 faiz yerinə yetiririk. Bu gün qazımız Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. İtaliya Türkiyə ilə yanaşı qazımızı ən çox alan ölkələrdən biridir. Biz mövcud müqavilələr əsasında qaz layihələrimizi inkişaf etdirməyi planlaşdırırıq. Mövcud müqavilələrdə müəyyən məbləğ nəzərdə tutulub. Satmağa yer olmadığı üçün əlavə istehsal etmirik. Əgər başa düşdüyüm qədər təcili tələbat varsa, ilk növbədə, resurslara baxmaq lazımdır. İstehsalımız daxili istehlak və ixracdan hesablanır. İndi təkcə İtaliyadan deyil, bir sıra digər Avropa ölkələrindən də tədarükün artırılması ilə bağlı bir neçə müraciət almışıq”.

Onun sözlərinə görə, bu, həm də Cənub Qaz Dəhlizinin ötürücülük imkanı məsələsidir.

Son xəbərlər

Orphus sistemi