Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb

Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb Ötən müddət ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,32% olub
Energetika
17 May , 2021 16:23
Azərbaycan polipropilen ixracından qazancını 40% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 30 min 758 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 37,1 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayları ilə müqayisədə 10,599 milyon ABŞ dolları (40,06 %) çoxdur və 936,9 ton (2,96 %) azdır.

Ötən müddət ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,32 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,58 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi