​Azərbaycan parlamenti yeni neft-qaz sazişinin ratifikasiyasına hazırlaşır

​Azərbaycan parlamenti yeni neft-qaz sazişinin ratifikasiyasına hazırlaşır Zahid Oruc: "Azərbaycanda neft-qaz resurslarının işlənməsi üçün qanun qəbul edilməlidir"
Energetika
14 Aprel , 2015 14:19
​Azərbaycan parlamenti yeni neft-qaz sazişinin ratifikasiyasına hazırlaşır

Bakı. 14 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "BP-Azerbaijan"və SOCAR-ın ortaq neft şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında ilk oxunuşda müzakirə olunaraq təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, müzakirələr zamanı qeyd olunub ki, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir.Habelə, bu qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, Azərbaycanda neft-qaz resurslarının işlənməsi üçün qanun qəbul edilməlidir. Müzakirələrdə bildirib ki, belə qanunların qəbulu zaman tələb edir. 

Son xəbərlər

Orphus sistemi