Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.
"Report" xəbər verir ki, dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib. “OPEC plus” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil edilib.
İclasda çıxış edən Energetika naziri
Qeyd edək ki, “OPEC plus” ölkələri tərəfindən öhdəliklər apreldə 168% yerinə yetirilib. Yanvar ayından may ayınadək öhdəliklərin orta icra səviyyəsi isə 120% olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.
Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək, ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC plus” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və analizinin davam etdirilməsi məsləhət görülüb.
Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.