Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək Azərbaycan Energetika naziri Pərviz Şahbazov iyunun 30-da Vyanaya (Avstriya) səfər edəcək.
Energetika
29 İyun , 2019 13:23
Azərbaycanın Energetika naziri “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Azərbaycan Energetika naziri Pərviz Şahbazov iyunun 30-da Vyanaya (Avstriya) səfər edəcək. 

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə reallaşacaq.

Nazir iyulun 1-2-də keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Son xəbərlər

Orphus sistemi