Azərbaycan OPEC-in Vyana iclasına dəvət almayıb

Azərbaycan OPEC-in Vyana iclasına dəvət almayıb Həmin tədbirə qeyri-OPEC ölkələrindən yalnız Rusiya dəvət alıb
Energetika
10 Yanvar , 2017 12:45
Azərbaycan OPEC-in Vyana iclasına dəvət almayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi OPEC-in hasilatın azaldılması üzrə Monitorinq Komitəsinin yanvarın 21-22-də Vyanada keçiriləcək iclasına dəvət edilməyib. “Report” xəbər verir ki, həmin tədbirə OPEC üzvü olmayan ölkələrdən Rusiya Energetika Nazirliyi dəvət alıb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, Rusiya həmin komitənin yaradılmasının əsas təşəbbüskarlarından biri olduğu üçün bu ölkənin Vyana toplantısına dəvət alması normaldır.

Son xəbərlər

Orphus sistemi