Azərbaycan OPEC-in İstanbulda keçiriləcək qeyri-rəsmi görüşünə dəvət edilib

Azərbaycan OPEC-in İstanbulda keçiriləcək qeyri-rəsmi görüşünə dəvət edilib Kartelə üzv olmayan ölkələrin energetika nazirləri ilə də məsləhətləşmələr aparılacaq
Energetika
7 Oktyabr , 2016 17:51
Azərbaycan OPEC-in İstanbulda keçiriləcək qeyri-rəsmi görüşünə dəvət edilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ İstanbulda oktyabrın 9-13-də işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, OPEC-in baş katibi Məhəmməd Barkindonun energetika nazirinə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi formatda görüşəcəkləri qeyd olunub.

Həmçinin kartelə üzv olmayan ölkələr - Braziliya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı bu görüşün oktyabrın 12-də keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi