​Azərbaycan OMV şirkətində pay almaqda maraqlıdır

​Azərbaycan OMV şirkətində pay almaqda maraqlıdır SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, şirkət səhmləri sərfəli şərtlərlə almaq fikrindədir
Energetika
2 Aprel , 2016 10:22
​Azərbaycan OMV şirkətində pay almaqda maraqlıdır

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın OMV şirkətinin səhmlərinin alınmasında maraqlıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, SOCAR adıçəkilən şirkətin səhmlərini sərfəli şərtlərlə almaq fikrindədir.

"OMV səhm satışını elan edib və biz bunda maraqlıyıq. Lakin bu o demək deyil ki, biz nəyin bahasına olursa-olsun, onu əldə etmək istəyirik. Biz ona normal aktiv kimi baxırıq və bu məsələylə bağlı iş gedir", - deyə SOCAR prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi