Azərbaycan bu il Supsadan 2,1 mln. ton neft ixrac edib

Azərbaycan bu il Supsadan 2,1 mln. ton neft ixrac edib Oktyabr ayında isə limandan 268 min ton neft ixrac olunub
Energetika
1 Noyabr , 2016 16:42
Azərbaycan bu il Supsadan 2,1 mln. ton neft ixrac edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 267 643 ton xam neft ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayından 21% az olub.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Supsa limanından 2 121 271 ton neft ixrac olunub ki, bu da illik müqayisədə 10,6% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.