Yuxarı

​Azərbaycan "OE 2015" sərgisində iştirak edəcək

Aberdin konfrans-sərgisində Azərbaycanın neft-qaz sənayesinin təqdimatı keçiriləcək

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycan sentyabrın 8-11-də Aberdində (Şotlandiya) keçiriləcək "Offshore Europe 2015" (OE 2015) adlı beynəlxalq konfrans-sərgidə təmsil olunacaq. Bu barədə "Report"a sərginin Təşkilat Komitəsindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın market brifinqi (market briefing) sentyabrın 8-də 10:30-dan 12:00-a qədər davam edəcək.

"Azərbaycan 10 il müddətində ümumi dəyəri 65 mlrd. funt sterlinq olan və bütün istehsal zənciri boyunca müxtəlif imkanlar təqdim edən karbohidrogen hasilatı və neft-kimya istehsalı kompleksinə malikdir. Bu imkanlara "Ümid", "Babək" və "Abşeron" qaz yataqları, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarının genişləndirilməsi, yeni neft-qaz emalı və neft-kimya kompleksi və s. daxildir. Böyük Britaniya şirkətlərinin buraya edə biləcəyi yatırımların həcmi 11 mlrd. funt sterlinqə çata bilər. Böyük Britaniyanın mühəndislik, layihənin idarə olunması üçün ekspertiza və kompleks avadanlıq üçün mütəxəssis hazırlığı sahəsində böyük təcrübəsi var. Hansı ki, Azərbaycanın irimiqyaslı neft və qaz ehtiyatlarını hasil etmək üçün buna tələbatı var", - deyə təşkilatçılar qeyd edir.

Xatırladaq ki, Aberdin konfrans-sərgisində 100-dən artıq ölkədən 1 500-dən çox şirkətin iştirak edəcəyi, ziyarətçilərin sayının isə 70 mini keçəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi