Azərbaycan neftinin qiyməti yenidən 57 dolları keçib

Azərbaycan neftinin qiyməti yenidən 57 dolları keçib "Azeri LT CIF" markalı neftin qiyməti 57,5 dollar/barelə çatıb
Energetika
21 Fevral , 2017 09:41
Azərbaycan neftinin qiyməti yenidən 57 dolları keçib

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar, yaxud 1,32% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,46 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi