Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,12% artıb
Energetika
28 Mart , 2019 09:35
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,08 dollar və yaxud 0,12% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,46 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.