Azərbaycan neftinin qiyməti 60 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 60 dollardan aşağı düşüb "Azeri LT CIF" markalı neftin qiyməti 59,82 dollar/barelə bərabər olub
Energetika
28 Sentyabr , 2017 09:32
Azərbaycan neftinin qiyməti 60 dollardan aşağı düşüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,48 dollar və yaxud 0,80% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 59,82 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi