Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,10 dollara bərabər olub
Energetika
128
14 May , 2016 12:10
Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşır

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,85 dollar və yaxud 1,76% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,10 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi