Azərbaycan neftinin qiyməti 45 dollara çatıb

Azərbaycan neftinin qiyməti 45 dollara çatıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 3,5% artıb
Energetika
13 Aprel , 2016 08:29
Azərbaycan neftinin qiyməti 45 dollara çatıb

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar yaxud 3,45% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,97 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi