Azərbaycan neftinin qiyməti 2 dollara yaxın azalıb

Azərbaycan neftinin qiyməti 2 dollara yaxın azalıb Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,912 ABŞ dolları, yaxud 1,6 % azalaraq 116,64 ABŞ dollarına düşüb.
Energetika
12 Mart , 2022 10:08
Azərbaycan neftinin qiyməti 2 dollara yaxın azalıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,92 ABŞ dolları, yaxud 1,6 % azalaraq 116,64 ABŞ dollarına düşüb.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən “Brent” markalı neftin bir bareli 112,67 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Son xəbərlər

Orphus sistemi