Azərbaycan neftinin ötən il üzrə orta satış qiyməti açıqlanıb

Azərbaycan neftinin ötən il üzrə orta satış qiyməti açıqlanıb Azərbaycan nefti ən baha mayda, ən ucuz isə dekabrda satılıb
Energetika
19 May , 2016 15:26
Azərbaycan neftinin ötən il üzrə orta satış qiyməti açıqlanıb

Bakı. 19 may. REPORT.AZ/ 2015-ci ildə “Azeri Light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiyməti 53,7 ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabatda qeyd olunub.

Hesabata görə, Azərbaycan neftinin bir barelinin orta satış qiyməti yanvarda 49,5 dollar, fevralda 60 dollar, martda 57,3 dollar, apreldə 61,4 dollar, mayda 65,2 dollar, iyunda 62,7 dollar, iyulda 57,6 dollar, avqustda 48,2 dollar, sentyabrda 49 dollar, oktyabrda 50,1 dollar, noyabrda 45,2 dollar, dekabrda isə 38,2 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi