Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri müəyyənləşib

Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri müəyyənləşib Son bir ildə "Azeri LT CIF" markalı xam neftin maksimal qiyməti 41%, minimal qiyməti isə 36% düşüb
Energetika
7 Yanvar , 2016 12:07
Azərbaycan neftinin ötən il üçün maksimal və minimal qiymətləri müəyyənləşib

Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam nefti dekabrın 21-də ən ucuz qiymətə təklif edilib. "Report"un əldə etdiyi məlumata görə, həmin tarixdə "Azeri LT CIF"in bir barelinin qiyməti 36,71 ABŞ dollarına bərabər olub. Bu isə 2014-cü ilin ən aşağı göstəricisi ilə müqayisədə 20,68 dollar yaxud 36,03% azdır.

Ötən il mayın 6-da London Fond Birjasında "Azeri LT CIF"in bir bareli ən yüksək qiymətə - 68,98 dollara təklif edilib ki, bu da 2014-cü ilin ən yüksək göstəricisi ilə müqayisədə 48,63 dollar və ya 41,35% azdır.

Qeyd edək ki, 2014-cü ildə "Azeri LT CIF" markalı xam neftin bir bareli ən ucuz dekabrın 31-də (57,39 dollar/barel), ən baha isə iyunun 19-da (117,61 dollar/barel) satılıb.

Son xəbərlər

Orphus sistemi