Yuxarı

Azərbaycan neftinin ilk hissəsi Mozır zavoduna çatdırılıb

Mozır zavodunda Azərbaycan neftinin emalına başlanılır

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan neftinin birinci eşalonu Belarusun Mozır Neft Emalı Zavoduna (NEZ) çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə "BELTA" agentliyinə Zavodun baş direktoru vəzifəsini icra edən Sergey Krot bildirib.

S.Krot qeyd edib ki, Mozır zavodunda Azərbaycan neftinin emalına başlanılır: “Zavoda Azərbaycan nefti ilə yüklənmiş ilk dəmiryolu sisternləri gəlib”.

Qeyd edək ki, oktyabrın 19-da 84,7 min ton Azərbaycan nefti Supsa limanından Odessa limanına gətirilib. Odessada neft dəmiryolu sisternlərinə yüklənib və Ukrayna ərazisi ilə Mozır zavoduna göndərilib. Məlumata görə, neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” tərəfindən çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi