Azərbaycan neftinin Ceyhan limanından nəqli artıb

Azərbaycan neftinin Ceyhan limanından nəqli artıb Bu il limandan 26,8 mln.ton neft dünya bazarına çıxarılıb
Energetika
6 Dekabr , 2016 13:11
Azərbaycan neftinin Ceyhan limanından nəqli artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində 2 345 740 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcm ötən ilin noyabr ayından 1,7% çoxdur.

Bu həcmin 1 528 526 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edir. 

Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 753 098 ton təşkil edib ki, bu da illik müqayisədə 1,6% artıqdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2016-cı il dekabrın 1-dək Ceyhan limanından 317,947 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi