Azərbaycan neftinin Ceyhan limanından nəqli 3% artıb

Azərbaycan neftinin Ceyhan limanından nəqli 3% artıb Bu ilin oktyabr ayında nəql 9% artıb
Energetika
7 Noyabr , 2016 13:03
Azərbaycan neftinin Ceyhan limanından nəqli 3% artıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində 2 493 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin oktyabr ayından 9% çoxdur.

Hesabat ayında dünya bazarına çıxarılan həcmin 1 669 744 tonunu (67%) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 634 564 ton təşkil edib ki, bu də ötən ilin müvafiq dövründən 2,8% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il) 2016-cı il noyabrın 1-ə qədər Ceyhan limanından 315 828 336 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Son xəbərlər

Orphus sistemi