Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb ​Avqustda Ceyhandan 2,4 mln. tondan artıq neft dünya bazarına çıxarılıb
Energetika
7 Sentyabr , 2016 12:40
Azərbaycan neftinin Ceyhan limanından ixracı artıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Cari ilin avqust ayı ərzində 2 474 405 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb ki, bu da illik müqayisədə 12,2% çoxdur.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, avqustda Ceyhan limanından dünya bazarına çıxarılan neftin 1 273 708 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 20 103 252 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% çoxdur.

Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2016-cı il sentyabrın 1-ə qədər Ceyhan limanından 311 297 024 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Son xəbərlər

Orphus sistemi