Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycan nefti yenidən ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,55 dollara enib
Energetika
6 Aprel , 2016 08:57
Azərbaycan nefti yenidən ucuzlaşıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,31 dollar yaxud 0,80% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,55 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi