​Azərbaycan nefti yenidən bahalaşıb

​Azərbaycan nefti yenidən bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,63 dollara bərabərdir
Energetika
131
18 Mart , 2016 09:40
​Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,53 dollar yaxud 3,72% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,63 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi