​Azərbaycan nefti yenidən bahalaşıb

​Azərbaycan nefti yenidən bahalaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 48,63 dollar/barelə çatıb
Energetika
18 İyun , 2016 11:43
​Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,76 dollar və yaxud 1,59% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,63 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azeri oil price gone up

Son xəbərlər

Orphus sistemi