​Azərbaycan nefti yenidən bahalaşıb

​Azərbaycan nefti yenidən bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,21 dollara bərabərdir
Energetika
16 Dekabr , 2015 09:34
​Azərbaycan nefti yenidən bahalaşıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,94 dollar yaxud 2,46% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,21 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azeri oil price up today

Son xəbərlər

Orphus sistemi