​Azərbaycan nefti yenidən 50 dolları üstələyib

​Azərbaycan nefti yenidən 50 dolları üstələyib "Azeri LT CIF" markalı neftin qiyməti 50,36 dollar/barelə çatıb
Energetika
25 May , 2016 09:27
​Azərbaycan nefti yenidən 50 dolları üstələyib

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,53 dollar və yaxud 1,06% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,36 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi