​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,42 dollara bərabərdir
Energetika
11 Dekabr , 2015 09:44
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,52 dollar yaxud 1,27% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 40,42 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.