​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,43 dollara bərabərdir
Energetika
16 Aprel , 2016 10:55
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,29 dollar, yaxud 2,9% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,43 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

İngilis versiyası Azeri oil price reduced

Son xəbərlər

Orphus sistemi