Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,52 dollara bərabərdir
Energetika
28 İyul , 2015 10:14
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar yaxud 1,02% ucuzlaşıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,52 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 57,71 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi