Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,27 dollara bərabərdir
Energetika
15 Dekabr , 2015 09:46
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,63 dollar yaxud 1,62% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,27 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi