​Azərbaycan nefti ucuzlaşıb

​Azərbaycan nefti ucuzlaşıb Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 62,85 dollara bərabərdir
Energetika
39
23 İyun , 2015 09:46
​Azərbaycan nefti ucuzlaşıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,23 dollar yaxud 0,37% aşağı düşüb. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 62,85 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 63,08 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.