Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb "Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,21 dollara enib
Energetika
9 Aprel , 2015 10:58
Azərbaycan nefti ucuzlaşıb

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,22 dollar, yaxud 2,02% aşağı düşüb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 59,21 dollara bərabərdir.

Dünən Azərbaycan neftinin qiyməti 60‚43 dollar/barel olub.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi